Aygün Kazımovaya verilən qonorarın məbləği açıqlandı

Hazırda oxunan: Aygün Kazımovaya verilən qonorarın məbləği açıqlandı

589494

Ötən gündən deputat Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlunun Dubaydakı dəbdəbəli toyu ölkə gündəmini zəbt edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Razi Nurullayev qardaşı oğlunun toyuna dəvət edilməyib? — Məşhur toyla bağlı qalmaqallı AÇIQLAMA


Bizim.Media Milli.Az-a istinadən xəbər verir ki, dəbdəbəli mərasim toy sahibinə heç də ucuz başa gəlməyib.

Əsas aparıcısı Nanə Ağamalıyevanın olduğu toyda sənətçi qonaqlar arasında Xalq artisti Aygün Kazımova da olub. Ümumilikdə toyun bütün təşkilatçıları və digər işçilər Bakıdan çağırılıb.
 

Aygün Kazımovanın dəvət olunmasına 100 min manat ödənilib. Məclisin Nanə Ağamalıyeva tərəfindən idarə olunması isə toy sahibinə 25 min manata başa gəlib.


Bunlardan əlavə dəbdəbəli dekorasiya, toy karvanında lüks avtomobillərin iştirakına da böyük məbləğ ödənilib. Toy mərasimi isə Dubayın məşhur "Ritz-Carlton" hotelində keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin