"Kanal D"nin ən çox izlənilən ekran işlərindən biri olan, baş rollarını Demet Özdemir və Çağatay Ulusoyun paylaşdığı "Eşref Rüya" serialının bu həftə yayımlanıb-yayımlanmayacağı tamaşaçılar üçün maraq doğurub.
Bizim.Media xəbər verir ki, "Eşref Rüya" serialı bu həftə də yeni bölümü ilə ekranlara gəlməyəcək.
7 yanvar 2026-cı il "Kanal D" yayım proqramına əsasən, serialın yayımlanmalı olduğu saatda "Eşref Rüya"nın təkrar bölümü efirə gedəcək.
Yeni il tətili ilə əlaqədar olaraq serialların yayımına qısa fasilə verilib. Bu səbəbdən televiziya kanalları ilin ilk həftəsində serialların yeni bölümlərini nümayiş etdirmirlər.
Məlumata görə, serialın maraqla gözlənilən 28-ci bölümünün 14 yanvar 2026-cı il Çərşənbə axşamı tamaşaçılara təqdim olunacağı gözlənilir. (Milli.Az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
08:47 / 07.01.2026
“Eşref Rüya” izləyicilərinə pis xəbər
Hazırda oxunan: “Eşref Rüya” izləyicilərinə pis xəbər
Hazırda oxunan: “Eşref Rüya” izləyicilərinə pis xəbər
589384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































