"Günə Uğurla" verilişində qalmaqallı və gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, proqramın qonağı olan müğənni Mənzurə Musayeva canlı efirdə Əməkdar artist Nüşabə Ələsgərlinin ona ünvanladığı məktubu yandırıb. Bu addım studiyada böyük təəccüb doğurub.
Mənzurə Musayeva emosional çıxışı zamanı məktubun məzmunundan dərin məyus olduğunu bildirib:
"Ondan bunu gözləməzdim. Uşaqlığımız bir yerdə keçib. Özüm ona zəng edəcəyəm. Burada yazılanları başqa biri yazsaydı, bəlkə də səsləndirərdim. Amma Nüşabədən gözləmirdim", - deyə sənətçi vurğulayıb.
Hadisə ilə bağlı Nüşabə Ələsgərli ilə əlaqə saxlanılsa da, Əməkdar artist Mənzurə Musayevanın efirdəki bu sərt reaksiyasına münasibət bildirmək istəməyib.
Qeyd edək ki, verilişdə baş verən bu olay qısa zamanda sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. (Milli.az)
Bizim.Media



































































































