Reytinq rekordu qıran “Uzak şehir” izləyicilərinə BƏD XƏBƏR

Hazırda oxunan: Reytinq rekordu qıran “Uzak şehir” izləyicilərinə BƏD XƏBƏR

588980

Bazar ertəsi axşamları milyonlarla tamaşaçını ekran qarşısına toplayan “Uzak şehir” serialının bu həftə yeni bölümünün yayımlanıb-yayımlanmayacağı hələ də dəqiqləşməyib.

Bizim.Media xəbər verir ki, serial kanalın bu həftəki efir proqramında da yer almayıb.

Ötən həftə yeni bölüm əvəzinə təkrar seriyanın nümayiş olunması tamaşaçılarda narazılıq və məyusluq yaradıb.

Bu vəziyyətin əsas səbəbi kimi serialın baş rol ifaçısı Ozan Akbabanın çəkilişlərdə iştirak edə bilməməsi göstərilmişdi. Məlumata görə, Akbaba həyat yoldaşı Buket Arıkanın keçirdiyi ürək əməliyyatı səbəbilə onun yanında olub və yeni bölüm çəkilişlərinə qatıla bilməyib.

Reytinq rekordu qıran “Uzak şehir” serialının yanvarın 5-də yenidən çəkilişlərə başlayacağı bildirilib.(musavat.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin