"Azadlığımı, rahatlığımı əlimdən alıb"

Hazırda oxunan: "Azadlığımı, rahatlığımı əlimdən alıb"

588303

"Hər şey insanın özündən asılıdır. Təkcə "Avroviziya" yox, səhnədə parlayan ulduzlar var ki, sonradan gediblər: ya bacarmayıb, ya səbəbləri olub, ya da ailə qurublar. "Avroviziya" elə böyük bir səhnədir ki, ora gedən dərhal tanınır. Amma bunu daşımaq lazımdır. Bu, şöhrət yükdür, daşımalısan".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Eldar Qasımov "Gün ortası" verilişində deyib.

"Avroviziya 2011" qalibi müsabiqəyə gedən sənətçilərin çoxunun səhnədən getməsindən danışıb. O, bildirib ki, çoxları bu yükü daşıya bilməyib.

Eldar məşhur olandan sonra çox şeyini itirdiyini deyib:
 

"Sənin müəyyən kütlən yaranır. Dinləmək istəyənlər çoxdur. Hərdən soruşurlar ki, xoşbəxtsən getdin, qalib oldun? Əlbəttə, bizim tariximizdir. Mənim böyük səhnə fəaliyyətim "Avroviziya"dan başlayıb.


Hər zaman pərəstiş edirdim. Məktəbdə sinif yoldaşlarımın dəftərinə imza yazırdım, deyirdim, mən ulduz olanda göstərərsiniz. Amma azadlığımı, rahatlığımı əlimdən alıb. Daim işləməli, nəsə əqdim etməliyəm. Haqqım yoxdur dayanım". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin