“Müəyyən yaş gələcək ki, mən oxumaqdan uzaqlaşacağam və yalnız mahnı yazacağam. Məsələn, meyxanada uğurlu idim, çoxlu pul qazanırdım. Amma başa düşdüm ki, uzaqlaşmaq lazımdır. Eləcə də bundan yapışıb qalmayacağam”.
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “Xəzər axşamı” verilişində deyib.
Sənətçi karyerasını sonlandırmağı bir dəfə ağlından keçirdiyini də etiraf edib:
“Moskvada idim. 1–2 saat yatıb durmalı idim. Oyandım və ağlımdan keçdi ki, karyeramı yavaş-yavaş sonlandırım. Sonra öz-özümə dedim ki, təyyarədə insanın ağlına dəxlisiz fikirlər gəlir. Amma bu fikir ağlımdan keçdisə, bilirəm ki, nə vaxtsa edəcəyəm. Oxumağı kənara qoyub yalnız bəstəkarlıqla məşğul olacağam”. (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:16 / 30.12.2025
Namiq Qaraçuxurlu karyerasını bitirmək istəyirmiş
Hazırda oxunan: Namiq Qaraçuxurlu karyerasını bitirmək istəyirmiş
Hazırda oxunan: Namiq Qaraçuxurlu karyerasını bitirmək istəyirmiş
588250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































