Məşhur Türkiyə serialının aktyorları Mardində çıxılmaz vəziyyətdə qaldılar – FOTO

Hazırda oxunan: Məşhur Türkiyə serialının aktyorları Mardində çıxılmaz vəziyyətdə qaldılar – FOTO

588186

Türkiyənin məşhur "Uzak şehir" serialının çəkilişləri üçün Mardin bölgəsində olan aktyorlar İstanbula qayıtmaq istədikləri zaman gözlənilməz hava şəraiti səbəbindən çarəsiz qalıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "TGRT Haber" nəşri verib.

Məlumata görə, Mardində güclü qar yağması təyyarə reyslərinin ləğv olunmasına səbəb olub.

Nəticədə "Uzak şehir"in ulduz aktyor heyəti hotellərinə qayıtmaq məcburiyyətində qalıb.

Serialda rol alan Sinem Ünsal, Ozan Akbaba, Atakan Özkaya, Gonca Çılasun, Alper Çankaya, Burak Şafak və Sahra Şaş kimi məşhur aktyorlar Yeni il tətili üçün qısa fasilədən istifadə etmək və İstanbuldakı yaxınları ilə yenidən görüşməyi planlaşdırsalar da, Mardində hava şəraiti buna mane olub.

Aktyorlar hotel otağında komanda yoldaşları ilə birlikdə keçirdikləri əyləncəli anları sosial media hesablarında paylaşıblar. (oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin