Müğənni Vüsal Əliyev keçmiş duet ortağı Vəfa Şərifovanın ünvanına sərt sözlər səsləndirib.
Bizim.Media xəbər verir ki, Vüsal Vəfanı “İbo şou”da yalançılıqda ittiham edib:
“Vəfanın haqqımda dediklərinin hamısı yalandır. Çox yalançı qızdır, şou-biznesdə onun qədər yalançı tanımıram. Biz mahnını şərik almamışıq, şərik aranjiman etməmişik. Mahnının söz və musiqisi mənə aiddir.
Demisən ki, “duet oxumaq istəyirəm”, oxumuşuq. Dedim, bəlkə üzrxahlıq edər. Bizim ailəmiz, övladlarımız, yaxınlarımız var. Efirdən bir insana “ayıb olsun” demək üçün əlində əsasın olmalıdır. Üzr istəmək əvəzinə başqa iradlar bildirirsən.
Deyir, “mənim həyatımda dəyişən bir şey olmadı, 50 milyon baxış yığdı, Vüsal üçün yaxşı oldu”. Mahnı ikimizin də uğurudur. Məndən başqa duet oxuduğu şəxslərlə hansında 50-52 milyon baxış toplayıb? Buradan səslənirəm, Nicat İsmayıloğluna mən verilişdən çıxana qədər mahnını silsin. Belə yalan məlumatlarla ailəmdə narahatlıq yaradırsan. Allahdan qorx. Axırıncı dəfə olsun ki, verilişdə haqqımda danışırsan. Mən də sən adlı müğənni tanımıram”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
00:11 / 27.12.2025
QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO
Hazırda oxunan: QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO
Hazırda oxunan: QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO
587612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































