Balıkəsirdə Gömeç rayonunda mərhum türkiyəli musiqiçi, bəstəkar və müğənni Kayahan Açara məxsus 5 bitişik evdən ibarət dəniz mənzərəli malikanə 130 milyon TL-yə (təxminən 5,161,000 manat) satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, Kayahanın Gömeçdəki "Gönül Köşkü" adlandırdığı və bir çox əsərlərini bəstələdiyi evin qiyməti hər kəsi təəccübləndirib.
Hər birində 5 yataq otağı və 1 qonaq otağı olan evlərdən ibarət villa kompleksi üzgüçülük hovuzu, dəniz mənzərəsi və abadlıq işləri ilə diqqəti cəlb edir. Musiqiçinin malikanəsi 1609 kvadratmetrlik torpaq sahəsində 5 bitişik evdən ibarətdir.
Xatırladaq ki, Kayahan 3 aprel 2015-ci ildə vəfat edib.






Bizim.Media






























































































