Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Hazırda oxunan: Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

587446

“AZAL üçün yeni təhlükəsizlik təlimatı videosunun çəkilişləri 2023-cü ildə baş tutmuşdu. Bu layihə üçün məndən tələb olunan şərtlərə maksimum uyğunlaşmağa çalışırdım”.

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva instaqramda qeyd edib.

Təlimat videosunun çəkilişindən görüntülərini paylaşan L. Quliyeva bunları yazıb:

“Ümumən hər şey imkanlarım, potensialım daxilində idi. Yeganə bir fraqmentdən – Qrız- Dəhnə kəndində paraplanla uçmalı olduğum hissədən başqa... mən hündürlükdən qorxuram... 2-3 fobiyamdan biridir.. və yaxud İDİ.. maksimalist MƏN-liyim geri çəkilməyə imkan vermədi. Yadımda deyil o anda nə fikirləşdiyim.

Sadəcə videoya baxanda üzümdəki isterik təbəssümdən anladım ki, o anda bir az qeyri-adekvat olmuşam. Yəqin ki, öz-özümə "hər şey yaxşı olacaq!" demişdim. Oldu da.
 

Eyni səhnəni iki dəfə çəkdik. Siz da baxsanız, görəcəksiniz ki, dayandığımız yerdən uçuruma addım atana qədər bir az məsafə var, onu da qaça-qaça getməlisən. Və qətiyyən dayanmaq olmaz. Fikirləşmək də olmaz. Tərəddüd heç olmaz. Ən çətini o bir addım idi... səni ya uçuracaq, ya da dağdan üzüaşağı çırpacaq bir addım. Mən həmin gün öz qorxum üzərində balaca qələbə qazanmışdım.


Özümü qəhrəman kimi hiss edirdim..Bakı Media Mərkəzinə və AZAL-a bunun üçün təşəkkür edirəm. Bir il sonra, 2024-cü il dekabrın 25-də başa düşdüm ki, "hər şey yaxşı olacaq!" deyib, həyatın bahasına qəhrəmanlıq etmək əslində necə olur... Bakıdan Qroznı şəhərinə uçan “Embraer 190” tipli sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Həmin vaxt təyyarənin göyərtəsində 67 nəfər olub. Onlardan aralarında pilotlar və təyyarə bələdçisi də olmaqla, 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. O qəzadan 29 nəfərin sağ çıxması elə  qəhrəman ekipaj üzvlərinin sayəsində mümkün olub...”


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin