Azər Qərib turizm səfiri SEÇİLDİ - FOTO

Hazırda oxunan: Azər Qərib turizm səfiri SEÇİLDİ - FOTO

587275

Aparıcı Azər Qərib Özbəkistanın Azərbaycandakı turizm səfiri təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Mən Şərqşünaslıq fakültəsini bitirmişəm. O vaxt tələbə yoldaşlarımın bir çoxu səfir olmaq istəyirdi.
 

Bu gün Xarici İşlər Nazirliyində səfir və diplomat dostlarım var. Həmişə deyirdim ki, mənim yolum mediadan, jurnalistikadan keçir. Bu sistemə yönəlmədim. Amma sən saydığını say, gör fələk nə sayır. 


Bu gün, üstündən 45 il keçdikdən sonra səfir oldum. Özbəkistan tərəfi mənə böyük etimad göstərdi və bu ölkənin Azərbaycandakı turizm səfiri seçildim. Səfirliyə getdim, sertifikat təqdim etdilər və məni təbrik etdilər. Ali məktəbdən sonra iki il Aşqabadda qulluq etmişəm, orada yaşamışam. Qərargah Daşkənddə yerləşdiyi üçün ora tez-tez gedib-gəlmişəm. Ona görə də Özbəkistan mənim üçün doğmadır”, - A. Qərib qeyd edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin