Hüseyn “Zəngəzur yallısı”na xərclədiyi məbləği açıqladı - VİDEO

Hazırda oxunan: Hüseyn “Zəngəzur yallısı”na xərclədiyi məbləği açıqladı - VİDEO

587266

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ötən gün təqdim etdiyi “Zəngəzur yallısı” adlı yeni layihəsi üçün xərclədiyi məbləği açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb:

"Bu layihə Azərbaycan klarnet ifaçılığında əlçatmaz bir şeydir. Heç bir klarnet ifaçısı bunu edə bilməzdi, çünki bu işin həyata keçirilməsi üçün xeyli pul lazım idi. Mahnı 10 studiyada yazılıb.
 

Musiqini ifa edən zərb alətləri ifaçısı Volkan Öktem olub. Bilirsiniz ki, hansı məbləğ qarşılığında ifa edir. Mahnı və klipin çəkilişlərinə 55 min manat xərcimiz çıxıb. Bu, mənim həyatımda ən böyük işlərdən biridir. Zəngəzura can qurbandır".


Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu layihə üzərində Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov, türkiyəli klarnet ifaçıları Serkan Çağrı, Hüsnü Şenlendirici və Bülent Altınbaşla birlikdə çalışıb. (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin