Alina Bozun həyat yoldaşı da saxlanıldı

Hazırda oxunan: Alina Bozun həyat yoldaşı da saxlanıldı

586943

Türkiyəli aktrisa Alina Bozun həyat yoldaşı, iş adamı Umut Evirgen saxlanılıb.

Bizim.Media xəbər verir ki, o, Alina Bozun “Palamut zamanı” adlı tamaşasının nümayişi üçün getdiyi "Zorlu PSM"də tutulub.

Məlum olub ki, bir neçə həftə əvvəl Evirgenin evində də reyd keçirilib, ifadəsi alındıqdan sonra isə sərbəst buraxılıb.

Onun hazırda hansı səbəbdən saxlanıldığı açıqlanmayıb. Lakin Evirgenin son günlər İstanbul Baş prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində saxlanıldığı deyilir.

Qeyd edək ki, dekabrın 18-də saxlanılanlar arasında yer alan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki daha sonra sərbəst buraxılıb. Bir neçə tanınmış sima xarici ölkələrdə olduqlarına görə barələrində axtarış qərarı verilib. Onlar arasında iş adamı Acun Ilıcalının eks-xanımı Şeyma Subaşı da var. Müğənni Yusuf Güney də saxlanılanlar arasındadır.

Onu da qeyd edək ki, Alina Boz hazırda "Kuruluş Orhan" serialında çəkilir. (Axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin