Müğənni Təranə Qumral növbəti açıqlaması ilə gündəm olub.
Bizim.Media xəbər verir ki, Təranə “TikTok” canlı yayımında bəzi gənclərin ailə qurmama səbəbindən danışıb.
İfaçı deyib ki, buna səbəb ev məsələsi olur:
“Oğlanlarımız, gənclərimiz evlənə bilmirlər. Bunlardan danışın. Qızlar oğlanlara deyirlər ki, “evin var?” Deyirlər, “evin varsa, sənə gələrəm”.
Evsiz oğlanlara getsinlər, ər-arvad canları çıxsın, işləsinlər, qəpik qəpiyin üstünə qoyub ev alsınlar. Görüm edərlər? Yox. Bütün qızlar istəyir ki, evli-eşikli oğlanla ailə qursunlar. Yazıq oğlanın da evi-eşiyi var? Hamısı kasıbdırlar… Hardan tapsınlar? Qıza qızıl, paltar alsınlar, yoxsa iki dəfə toy etsinlər?”
Sara, Bizim.Media



































































































