Müğənni Vəfa Şərifova qalmaqal yaşadığı Afət Fərmanqızı ilə bağlı iddialı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, Vəfa bu barədə “Rəngarəng”də danışıb.
O, ad çəkmədən Fərmanqızının ünvanına sərt ifadələr səsləndirib:
“Sürüm-sürüm sürünsə də, onu bağışlamayacağam. Bir gün cəzasını alacaq, almasa, mən də Vəfa deyiləm. Şou-biznesdə elə insanlar var ki, heç kimə dost deyillər. Bunu hamı bilir.
Sadəcə bəzən zənciri tərpətməsinlər deyə, deyirlər “yaxşıdır, dostumuzdur”. Heç vaxt o adamlardan olmayacağam. Sən mənə dostsansa, dostsan, düşmənsənsə, düşmən. Elə mövzular var ki, keçmək olar. Yoxsa canlı yayım aç, şəklini paylaş, övladına anana… Mənim qəlbimdə anam yaradır, sən ona necə toxunarsan? Necə tapdalayarsan?
Bunu insanlıqdan çıxmış insan edər. Necə bağışlamaq olar? O, dayanacaq və bir də heç kimə dil uzatmayacaq. Kimsə onun dərsini verməlidir”.
Sara, Bizim.Media

































































































