"Övladlarıma anam, qayınanam baxır. Dayəmiz bir il yarımdır yoxdur. Artıq istəmirik də. Evdə olan günü vaxtımı uşaqlara sərf edirəm. Bu, həm onlar, həm mənim üçün yaxşıdır".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib. Sənətçi övladlarını dayəyə etibar etmədiyini bildirib. O əlavə edib ki, bundan sonra da dayə götürməyi düşünmür.
Xeyli çəki atan Sevda plastik əməliyyat etdirməsi iddiasına belə reaksiya verib:
"Bu günə qədər heç vaxt plastik əməliyyat etdirməmişəm. Sağlam qidalanıram. İtaliyaya gedəndə yedim və 3 kiloqram kökəldim. İndi yenidən pəhrizə başladım". (Axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:39 / 16.12.2025
Sevda dayələrə etibar etmir
Hazırda oxunan: Sevda dayələrə etibar etmir
Hazırda oxunan: Sevda dayələrə etibar etmir
585872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































