Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

Hazırda oxunan: Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

585712

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Instagram” hesabında paylaşım edib.
 

“Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir.


Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram”, - deyə A. Ələkbərov qeyd edib.

Xatırladaq ki, bu gün Ramiz Rövşənin 79 yaşı tamam olur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin