Aktyor Müşviq Şahverdiyev açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Müşviq “Günə uğurla” verilişində oğlu Muraddan danışıb.
Sənətçi 3 ildir övladını görmədiyini bildirib:
“Oğlum Ukraynadadır. Sonuncu dəfə 3 il əvvəl görmüşəm, anasının yanında yaşayır. Ora birbaşa uçuş yoxdur. Başqa ölkənin vətəndaşları rahat gedib-gələ bilmir. Təəssüf ki, onlar gəlmirlər, qismət olar, gələrlər. Bu il birinci sinfə getdi”.
Qeyd edək ki, Müşviq iki il əvvəl həyat yoldaşından boşanıb.
Sara, Bizim.Media





























































































