Məşhur rejissor və həyat yoldaşı evlərində ölü tapıldı

Hazırda oxunan: Məşhur rejissor və həyat yoldaşı evlərində ölü tapıldı

585555

ABŞ-ın məşhur rejissoru Rob Rayner və onun həyat yoldaşı Mişel Los-Ancelesdəki evlərində ölü vəziyyətdə tapılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən TMZ nəşri məlumat yayıb.
 

Məlumata görə, təcili xidmət əməkdaşları evdə yaşlı kişi və qadının cəsədlərini aşkarlayıblar. Hər iki şəxsin bədənində bıçaq xəsarətləri olub. Evdə baş vermiş yanğın səbəbindən cəsədlərin tanınması çətinləşib.


Hadisənin səbəbləri, eləcə də cütlüyə xəsarət yetirərək evdə yanğın törətmiş ola biləcək şəxslərin kimliyi hələlik açıqlanmır. Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, Rob Rayner 30-dan çox filmin rejissorudur. Onun məşhur ekran işləri sırasında “Harri Salli ilə tanış olanda”, “Qutuya girməzdən əvvəl” və “Bir neçə yaxşı oğlan” filmləri yer alır. (Mənbə: Gazeta.ru)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin