Aygün Kazımovanın ifası ağsaqqalı belə COŞDURDU - VİDEO

Hazırda oxunan: Aygün Kazımovanın ifası ağsaqqalı belə COŞDURDU - VİDEO

585525

Sosial şəbəkələrdə Aygün Kazımova ilə ağsaqqalın səhnə performansı geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, hər çıxışı ilə diqqət mərkəzinə düşən pop kraliça bu dəfə də gündəmdədir.

Belə ki, sənətçi məclislərin birində məşhur "Abrakadabra" hitini səsləndirərkən tədbirdə iştirak edən ağsaqqal musiqiyə biganə qalmayıb. Səhnəyə qalxan bəy ölkənin əsas ulduzu ilə birlikdə rəqs edərək maraqlı və rəngarəng performans nümayiş etdirib.

Qısa zamanda yayılan video sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. İzləyicilərin əksəriyyəti görüntünü "ruhu gənc insan", "insan belə yaşlanmalıdır", "enerjisi gənclərə daş çıxarır" kimi şərhlərlə dəyərləndirib. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin