Türkiyənin ən baxımlı seriallarından olan "Eşref Rüya" serialının çəkilişi zamanı xoşagəlməz hadisə yaşanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbulun Beşiktaş rayonunda yerləşən film şirkətinin qarşısına gələn bir nəfər israrla ssenaristlə görüşmək istəyib.
Onun bu tələbi rədd edildikdə isə qapı-divarı təpikləyərək söyüş yağdırıb.
Şirkət işçiləri adamı oradan uzaqlaşdırsalar da həmin şəxs daha sonra Eşref rolunu canlandıran Çağatay Ulusoyu görmək üçün geri qayıdıb.
Film şirkətinin şikayəti əsasında şəxs barədə tədbir görülüb. Hadisə ilə bağlı araşdırma başlanıb.
Bizim.Media


































































































