"O qədər acı çəkmişəm ki, vecimə deyilsiniz"

Hazırda oxunan: "O qədər acı çəkmişəm ki, vecimə deyilsiniz"

585341

Aktrisa Zümrüd Qasımova sosial şəbəkədə ona tənqid yazanlara cavab verib.

Bizim.Media xəbər verir ki, aktrisanın sözlərinə görə, ona mənfi rəy yazanların əksəriyyəti xanımlardır.

Aktrisa əlavə edib ki, təhqir yazanlar sevgisizlikdən əziyyət çəkirlər: "Bu həyatda o qədər acı çəkdim ki, sizin fikirləriniz mənim heç vecimə də deyil. Yaşamağımdan zövq alıb, Allaha hər gün təşəkkür və şükr edib yaşayıram. Bilib, bilmədən məni qınayan bəzilərinə isə "ürəyimdən su içsinlər" deyirəm.
 

Bəlkə onda başınız özünüzə qarışar. İnsanlara olan nifrət hissi sizdə sevgisizlikdəndir. Çox maraqlı bir tapıntı etmişəm. Əslində heç vaxt kiməsə pis fikir yazmıram. Bir-iki səhifədə haqqımda məlumat paylaşılıb.


Bir-iki xanım mənə təhqir yazıb. Görürəm ki, məni izləyirlərmiş. Nə qədər gözəl sözlər yazırlarmış. Amma səhifələrdə məni təhqir edirlər. Ortaq dostlarımız da var. Deməli, birlikdə məni müzakirə edirmişsiniz. Bunun hamısı sevgisizlikdən imiş.

Sizə sevgi arzulayıram. Ən azından özünüzü sevin. Xoşbəxt qadın başqasının xətrinə dəyməz". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin