Türk ərindən buna görə boşandı, ispan əri daha “inadkar” çıxdı – Ani Lorakın çıxılmaz DURUMU – FOTO

Hazırda oxunan: Türk ərindən buna görə boşandı, ispan əri daha “inadkar” çıxdı – Ani Lorakın çıxılmaz DURUMU – FOTO

585298

Tanınmış ukraynalı müğənni Ani Lorak (əsl adı: Karolina Kuek) çıxılmaz duruma düşüb.

Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, əri İsaak Vidjraku müğənnidən İspaniyada ona villa almasını istəyib.
 

Cütlüyün dostlarının sözlərinə görə, kişi soyuq iqlimdən bezib və vətənində dəniz kənarında bir ev istəyir. Üstəlik özü orda daimi yaşamalı, müğənni xanımı isə həftə sonları yanına gəlməlidir.


Xatırladaq ki, Lorak bundan öncə Türkiyənin turizm şirkətlərindən birinin sahibinin oğlu Murad Nalçaçıoğlu ilə evli idi.

İş adamı onun razılığı olmadan evlənmələri, o cümlədən cütlüyün qız övladını xaç suyuna salması səbəbində oğlunu mirasdan məhrum etmişdi.
 

Nəticədə Lorak ərini “maliyyələşdirməyə” məcbur olmuş, sonradan isə onun hesabına yaşayan ərinin xəyanəti ucbatından ayrılmışdı. İndi isə taleyin təkrarlanan “oyun”u müğənnini gülünc duruma salıb.


Qeyd edək ki, A.Lorak Ukrayna vətəndaşlığından imtina edib, bu ilin iyun ayında Rusiya vətəndaşlığı alıb.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin