Türkiyənin tanınmış aktyoru Burak Dəniz bu dəfə rol aldığı layihələrlə deyil, qazandığı pulları necə xərcləməsi ilə gündəmə gəib.
Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, "Aşk Laftan Anlamaz", "Bambaşka Biri", "Bir Gecə Masalı" və "Bizim Hikaye" və hazırda “Sahtekarlar” seriallardakı rolları ilə böyük bir fanat ordusu toplamış Burak Dəniz bu dəfə sevənlərini üzüb.
Qazancını necə idarə etdiyini izah edən Dəniz, əsasən xaricə investisiya qoymağa üstünlük verdiyini bildirib.
Onun Türkiyədə qazanıb xarici ölkələrə sərmayə qoyması izləyicilərin narazılığına səbəb olub.
Bizim.Media
































































































