“Haranı açıram qışqırırlar, elə bil dəlixanadır” - VİDEO

Hazırda oxunan: “Haranı açıram qışqırırlar, elə bil dəlixanadır” - VİDEO

582766

Tar ifaçısı Humay Qədimova sosial şəbəkələri və efiri tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Öz aramızda” verilişində danışıb:

“Haranı açıram qışqırırlar, elə bil dəlixanadır. Ailə üzvlərinin, körpə uşağın yanında TikTok-u aça bilmirsən, qışqırtı səsi var. Televiziya ictimai yerdir, siz küçədə qışqıra bilərsiniz?

Yox. Bəs televiziyada niyə qışqırırlar? Məzhəb qarışıb. Bu sferaya aidiyyəti olmayan insanlar çaşbaş qalıb.
 

Bir ay ərzində iki dəfə səfərdə olmuşam, mədəniyyəti təbliğ etmək üçün getmişəm, bir qadının timsalında tarı təmsil etmişəm. Özbəkistana və Avstriyaya yollanmışam, bəziləri kimi ora ticarət mərkəzlərinə getməmişəm, təyyarədə şəkil çəkdirib paylaşmamışam.


On beş gündür qayıtmışam, bir aparıcı, jurnalist zəng edib, demir ki, siz orada nə gəzirdiz?
Üzeyir bəy bizim Üzeyir bəyimizdir, hər birimizindir. Mənim uğurum deyil, tarın uğurudur.

Mən yerimə başqası da gedə bilər”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin