Əməkdar artistdən ŞOK İDDİA: “Efirə sərxoş insanları çıxarırlar” - VİDEO

Hazırda oxunan: Əməkdar artistdən ŞOK İDDİA: “Efirə sərxoş insanları çıxarırlar” - VİDEO

582702

Əməkdar artist Vasif Məhərrəmli bəzi sənətçilərlə bağlı qalmaqallı fikirlər səsləndirib.

Bizim.Media xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan Vasif bəzi sənət adamlarının efirə sərxoş halda çıxdığını iddia edib.

V. Məhərrəmli deyib ki, onlar içkili halda proqramlarda qonaq olublar:

“Zaman-zaman efirlərə sərxoş insanlar çıxarırlar. İçkili vəziyyətdə efirə çıxırlar, ağzının danışığını bilmirlər, ailələr, uşaqları, yaşlılar izləyir. Sənət adamı örnək olmalıdır. Necə ki, ailə dəyərlərindən danışırdıq, nümunəvi ata olan sənətçilərimiz var. Televiziyaya məbəd kimi baxmalıyıq, oyuncaq deyil, hər birimiz buradan yararlanıb, tərbiyələnirik. İstəsən də, istəməsən də, televiziyanı açıb Toliki, Zauru, digər aparıcıları izləyirsən. Televiziyada senzura olmalıdır, mahnılar da senzuradan keçməlidir. Görürsən ki, o adam efirə çıxacaq halda deyil, sərxoşdur, ya da başqa nəsə qəbul edib. Qoy, o kreslo boş qalsın. Sən də efirdə elan et ki, filankəs sərxoş gəlmişdi, tamaşaçımıza hörmət edib onu efirə çıxarmadıq”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin