Aparıcı Zaur Nəbioğlu müğənni Qumral Musayevanın son 7 il ərzində əldə etdiyi gəlirlə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, Musayevanın bu müddətdə ümumilikdə 1 milyon 680 min manat qazanc əldə etdiyini bildirib.
Nəbioğlunun sözlərinə görə, təqdim olunan rəqəmlər sənətçinin fəaliyyətinin müxtəlif sahələrini - toylarda, tədbirlərdə çıxışları və digər gəlir mənbələrini əhatə edir.
Qumral isə deyilənləri təkzib edib:
"Elə ay olur ki, çox qazanırıq, elə ay olur qazanmırıq. Mən o qədər qazandığımı düşünmürəm.
O qədər pul gözümə görünməyib". (Axsam.az)
Bizim.Media

































































































