İstanbulda küçə itlərinin yemlənməsinin qarşısını alan qərarın qəbul edilməsi ölkədə böyük rezonans doğurub.
Bizim.Media xəbər veirr ki, məsələyə münasibət bildiriənlər arasında müğənni Günel Zeynalova da yer alıb.
"Həqiqətən axmaqlıqdır. Allahın yaratdığı dilsiz canlılardı. Onlar bizdən daha mərhəmətli, sadiq və sevgi doludurlar.
Tez öldürün, yaşamasınlar! Çünki hürürlər. Qovun, vurun, bəsləməyin açıqlaması nədir belə? Robot buraxın, məqsəd budur" deyə, Günel yazıb.
Qeyd edək ki, İstanbul valisi Davut Gülün imzaladığı "küçə heyvanları" ilə bağlı bəyanata görə "Sahibsiz itlərin toplanması, kısırlaşdırılmalı və reabilitasiya prosesləri sürətləndirilməli və itlərin sığınacaqlara - təbii yaşayış yerlərinə köçürülməsi mövcud qanunvericiliyin müddəalarına uyğun olaraq təcili olaraq həyata keçirilməlidir. Sahibsiz itlərin nəzarətsiz yemlənməsinə icazə verilməməlidir" deyə, bildirilib. Bu da ölkə əhalisi tərəfindən kəskin tənqidlərlə qarşılanıb. (axsam.az)

Bizim.Media





























































































