Samirə Əfəndi Akif Nağını məhkəməyə verəcək – VİDEO

Hazırda oxunan: Samirə Əfəndi Akif Nağını məhkəməyə verəcək – VİDEO

582280

Müğənni Samirə Əfəndi Azad Vətən Partiyasının sədri Akif Nağını məhkəməyə verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə müğənni qonaq olduğu verilişlərin birində məlumat verib.

“Mən cənab Prezidentimizin qurduğu sülh siyasətinin ardınca gedirəm və onu layiqli şəkildə təbliğ etmək istəyirəm, dəstəkləyirəm. Başa düşürəm, hamımız üçün ağırdır, elə bilirsiniz ki, mənim üçün asan idi orada oturmaq?! Tənqidləri normal, adekvat şəkildə anlayıram. Lakin mənim şəxsiyyətimə, ailəmə qarşı yönələn heç bir təhqir cavabsız qalmayacaq. Kimliyindən asılı olmayaraq, onların hər biri qanun qarşısında cavab verəcək.

Həmin partiya sədrini də bu gün məhkəməyə verəcəm. O məni intenetdə, milyonlarla insanın qarşısında təhqir etdi. 68 yaşlı partiya sədri insanları qıcıqlandırmaq yerinə, onları sülhə yönəltməlidir”, - deyə Samirə Əfəndi bildirib.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana şəhərində beynəlxalq musiqi müsabiqəsi keçirilib. Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana 12 bal verib. Daha sonra o, Saro Gevorkyanı qucaqlayaraq bağrına basıb.

Partiya sədri Akif Nağı isə qonaq olduğu verilişdə müğənnini bu addımına görə təhqir edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin