Çingiz Mustafayev ƏMƏLİYYAT OLUNDU - FOTO/VİDEO

Hazırda oxunan: Çingiz Mustafayev ƏMƏLİYYAT OLUNDU - FOTO/VİDEO

581748

Avroviziya təmsilçimiz Çingiz Mustafayev əməliyyat olunub.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb:

“5 il ərzində çiynim 7 dəfə çıxıb. Hər dəfə eyni ağrı, eyni qorxu, eyni narahatlıq… İdman da, aktiv həyat da tam mümkün olmurdu. Hər dəfə özümə deyirdim: “hələ tezdir, bir az da gözləyim bir söznən iş güc və sairə…” Amma 2 ay əvvəl sonuncu dəfə çiynim çıxanda anladım ki, artıq bu məsələni həll etməyin vaxtı gəlib.

Qərar verdim və sağlığımı ürəyimə yatan, ilk görüşdən etibarımı qazanan həkimə həvalə etdim və nəhayət dünən əməliyyat olundum. İndi uzun bir reabilitasiya dövrü başlayır.

Əməliyyat önəmlidir, amma ən çətini — sonraki mərhələdir: səbir, intizam və özünü qorumaq. İstəyirəm biləsiniz ki dualarınız və dəstəyiniz mənə böyük güc verir.

Eyni problemi yaşayan dostlara isə bir sözüm var: Gözləməyin. Mənim kimi illərlə səbr etməyin. Hər çıxıq çiyni daha çox zədələyir. Vaxtında əməliyyat — gələcək həyatınızı xilas edir”.





Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin