Müğənni Mənzurə Musayeva sosial şəbəkələrdə tənqid olunub.
Bizim.Media xəbər verir ki, buna səbəb onun “İbo şou”da qonaq olarkən mərhum türk müğənni İbrahim Erkalla bağlı açıqlaması olub.
Belə ki, Mənzurə mərhumun fotosuna baxaraq “Türk müğənnidir, amma adını bilmirəm.
Sən ondan soruş gör, məni tanıyır?” fikirlərini səsləndirib.
Bu zaman aparıcı ona “Zəng etsəm, zəng çatmayacaq. İbrahim Erkaldır, rəhmətə gedib”, - deyə, bildirib.
“Yazıq, Allah rəhmət etsin” deyən Mənzurənin və studiyadakıların gülməsi birmənalı qarşılanmayıb.
Sara, Bizim.Media

























































































