"Nə istəyirsiniz məndən, qoyun yaşayım"

Hazırda oxunan: "Nə istəyirsiniz məndən, qoyun yaşayım"

581421

"Əsəbi adamam, özümü cəmləşdirə bilmirəm. Nəsə deyib, sonra peşman oluram. Dəyməyin mənə, qoyun Allahın verdiyi ömrü yaşayaq. Nə bilim nə vaxt dünyamı dəyişəcəyəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Rəngarəng" verilişində deyib.

Müğənni yazılan şərhləri tənqid edib. O, bildirib ki, mənfi rəyləri yazdıranlar elə sənət adamlarıdır?

"Yazırlar ki, get otur nəvələrinlə oyna, nə istəyirsən millətdən? Millətin başına dönüm. Aramızda olan naqislər, sənət adamlarıdır. Kimisə öyrədirlər ki, ona mənfi söz yaz. Məndə nevroz var. Gəlin, üzümə deyin. Üzünə tərifləyir, keçir kənara o sözləri yazdırır. İnsan birsifətli olar". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin