Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradovun oğlu atasının vəfatından danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Xəzər axşamı”na açıqlama verib.
Sənətçinin övladı atasının oktyabrın 4-dən xəstəxanada olduğunu bildirib:
“Oktyabr ayının 4-dən xəstəxanada idi. Həm ürəyində problemi var idi, həm də başqa xəstəlikləri, boğazında yaranan şiş beyinə gedən damarları sıxmışdı, insult keçirmişdi. Həkimlər çox səy göstərdilər. Amma nəticə acı oldu.
Sonuncu dəfə yanına oktyabrın 18-i girmişdim, ona qədər şüuru qismən yerində idi, əməliyyatdan sonra səs tellərini itirmişdi. Danışa bilmirdi, süni nəfəs aparatına qoşmuşdular, boğazında nəfəs borusu açılmışdı. Dodağını oxumağa çalışdım, bizi eşidib başa düşürdü. Əlimi sıxdı, alnımdan öpdü”.
Sara, Bizim.Media




























































































