Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət

Hazırda oxunan: Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət

581026

Xəbər verdiyimiz kimi, “Bu Şəhərdə” kollektivinin 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdiyi “Ev Dar” konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.

Bizim.Media xəbər verir ki, mövzuyla bağlı “qafqazinfo.az”a danışan kollektivin üzvü, Əməkdar artist Rafael İsgəndərov yayılan tənqidlərə münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi birmənalı qarşılanmadı - VİDEO


O qeyd edib ki, səhnəcikdə Qurban Qurbanovun şəxsiyyəti təhqir edilməyib:

“Orada Qurban Qurbanovun şəxsiyyəti təhqir olunmayıb. Nə gəldi elə yazırlar, nə yazırlarsa da özlərinə getsin. Orada Azərbaycan futbolundan danışılıb, Qurban Qurbanovun şəxsiyyəti ilə bağlı heç nə yoxdur. Saytlar bir şəkil qoyub camaatı qızışdırmaq üçün başlıq yazırlar. Bizim Qurban Qurbanovla yaxşı münasibətlərimiz var. Onunla bağlı heç bir təhqiredici səhnə yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin