“Kanal D”nin rekord izlənmə göstəriciləri əldə edən məşhur serialı “Uzak şehir”in son bölümünün treyleri sosial şəbəkələrdə rezonans yaradıb.
Bizim.Media xəbər verir ki, serialda gərginlik zirvəyə çatır.
Ecmel Cihan və Sadakata bir ömürlük iztirab yaşatmaq məqsədilə Denizi qaçırır və hadisələr nəzarətdən çıxmağa başlayır. Ecmel ilə Cihanın qarşı-qarşıya gəldiyi, silahların çəkildiyi anda qopan fırtına isə Cihanla Denizin əlaqəsi barədə böyük sirri üzə çıxarır.
Yeni treylerdə Fidan Ecmelin Boranın ölümünü əmr etdiyini gördüyünü deyərək vəziyyəti daha da gərginləşdirir.
Ecmelin Cihan və Denizin ölümünü əmr etməsi ilə vəziyyət dözülməz həddə çatır və Cihan son çarə olaraq həqiqəti açıqlayır: Denizin Ecmelin nəvəsi olduğunu bildirir. Bu etiraf Ecmeli şoka salır. Alya və Sadakatın da Cihanın sözlərini təsdiqləməsi ilə sirr tam şəkildə üzə çıxır.
Serialın yeni bölümündə cavabını tapacaq suallar və yüksək emosional anlar tamaşaçıları ekran başına toplayacaq. (Musavat.com)
Bizim.Media


































































































