Xalq artisti, Azərbaycanın Pop Divası Aygün Kazımovanın illər əvvəl keçirilən konsertlərindən birinə aid maraqlı görüntü sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, kadrlarda məşhur sənətçi səhnəyə dəvət olunan azyaşlı fanatı ilə pozitiv, səmimi və zarafatcıl dialoq qurmağa çalışır.
Uşağın həyəcanlı olduğunu görən Aygün Kazımova onu sakitləşdirməyə çalışır, mehribanlığı və diqqəti ilə bütün zalın rəğbətini qazanır. Pop Divaların jestləri, səmimiyyəti və uşağa yönəltdiyi incə sözlər izləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Görüntülər sosial mediada sürətlə yayılıb və istifadəçilər tərəfindən çoxsaylı müsbət rəylər yazılıb. Şərhlərdə Aygün Kazımovanın illərdir dəyişməyən səhnə mədəniyyəti, uşaq sevgisi və pozitiv enerjisi yüksək qiymətləndirilib.
Bir çox izləyici videonun altına "Aygün xanımın səmimiyyəti hər zaman seçilib", "Pop Diva səhnədə də, həyatda da böyüklüyünü göstərir", "Bu görüntülər uşaqlıq xatirələrimizi qaytardı" kimi şərhlər yazıblar. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
18:25 / 16.11.2025
Aygün Kazımovanın illər əvvəlki VİDEOSU
Hazırda oxunan: Aygün Kazımovanın illər əvvəlki VİDEOSU
Hazırda oxunan: Aygün Kazımovanın illər əvvəlki VİDEOSU
580873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





















































































