Vatikanda Roma Papası XIV Leo Hollivud aktyorları və rejissorları – Keyt Blanşett, Spayk Li və Monika Belluççi ilə görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN yazıb.
Pontifik kinonu “ümid emalatxanası” adlandırıb və kinoteatrlara tamaşaçı axınının azalmasına təəssüf etdiyini bildirib.
Aktyorlar və rejissorlar apostol sarayında keçirilən audieniyada iştirak ediblər və burada incəsənətin Kilsənin missiyası üçün imkanları müzakirə olunub. Spayk Li papaya “Nyu-York Niks” futbolkası hədiyyə edib, Blanşett və Belluççi isə cəmiyyətdə və insanların şəxsi həyatında kinematoqrafiyanın rolu barədə təəssüratlarını bölüşüblər.
“Kino – insanların özlərini və öz mənəvi yolunu yenidən tapa biləcəyi bir məkandır”, – deyə Leo bildirib. O vurğulayıb ki, kilsə incəsənət dünyası ilə dialoqu gücləndirmək və yeni auditoriyaya çatmaq istəyir.
Tədbir “Gallup”un ABŞ-da yetkinlər arasında dinə marağın azaldığını göstərən məlumatları fonunda baş tutub və Vatikanın müasir dünyada Kilsənin mədəni mövqelərini gücləndirmək cəhdlərinin bir hissəsidir.



Bizim.Media





























































































