"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

Hazırda oxunan: "Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

580769

"Niyə ikinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlər. "Şəhidlik" ali ad, rütbədir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Qadın lüğəti" layihəsində deyib.

O, ikinci dəfə ailə qurmamasını belə cavablayıb: "Zaman-zaman deyirdim ki, kaş boşanmış olardım. Başqa səbəblər olardı, onun acığına başqa addımlar atardım. Axı, o təsadüfi bir ölümlə məndən ayrılmayıb. O vətəni qucaqlayaraq məndən ayrılıb.

Buna görə bu addımı ata bilmədim. Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Dürzdür, amma yerinə qoya bilmədiyimiz insanlar var. Onun yerinə kimisə qoya bilmədim. Bu haqda heç vaxt düşünmədim. Həyatım elə qəribə, keşməkeşli, qaça-qaçlı, mübarizəli keçdi ki, bunlara vaxt tapmadım".

Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. Onun bu nikahdan bir oğul övladı var. (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin