Müğənnidən qızına 1 milyard dollar miras qaldı

Hazırda oxunan: Müğənnidən qızına 1 milyard dollar miras qaldı

580656

Türkiyənin əfsanəvi müğənnisi Muazzəz Abacının ölümündən sonra nəzərlər onun sahib olduğu var-dövlətə çevrilib.

Bizim.Media xəbər verir ki, sevilən sənətçidən yeganə övladı Saba Abacıya külli miqdarda sərvət miras qalıb.

Türkiyə mediası müğənninin İstanbulun ən bahalı rayonlarında dəbdəbəli villasının, 10-dan çox mənzilinin olduğunu yazır.

İddialara görə, Muazzəz Abacı Türkiyənin daşınmaz əmlak bazarında böyük pay sahibidir. İstanbulda xeyli sayda çoxmərtəbəli bina, biznes mərkəzləri, qızıl mağazaları, nəhəng supermarketlər Abacı ailəsinə məxsusdur.

Muğənninin Avropa və ABŞ-da da bahalı mənzillərə sahib olduğu deyilir. Bu sərvətin ümumi dəyərinin 1 milyard dollardan çox olduğu iddia edilir.

Qeyd edək ki, Muazzəz Abacının qızı Saba Abacı ABŞ-da yaşayır, məşhur həkimdir.

Anasının bütün mirasının qızı Saba Abacıya çatacağı bildirilir. (Metbuat.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin