Milyardlıq sərvəti var imiş

Hazırda oxunan: Milyardlıq sərvəti var imiş

580502

Türkiyəli müğənni Muazzez Abacının ölümündən sonra sərvəti və mirasının kimə qalacağı barədə iddialar gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Abacının sərvəti arasında Tuzlada villa, Kuzguncuk və Şişli rayonlarında mənzillər, bank hesablarında yüksək məbləğdə nağd pul, bir avtomobil və bir cip yer alır.

Bəzi media resurslarında yer alan "1,2 milyard dollarlıq sərvət" iddiası isə rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
 

Ustad sənətçinin tək övladı olan qızı Saba Abacı onun qanuni varisi kimi qeyd olunur. Lakin hələlik ailə və ya rəsmi qurumlar tərəfindən bu mövzuda rəsmi açıqlama verilməyib.


Muazzez Abacı ürək probleminə görə bir neçə gün öncə reanimasiyaya yerlşdirilib. Həkimlərin bütün səyinə baxmayaraq, 78 yaşında dünyasını dəyişib. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin