"Muğam" televiziya müsabiqəsinin qalibi Günay İmamverdiyeva bayağı ifaçıları və səhnə geyimində ölçünü bilməyən müğənniləri sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, o, "Öz aramızda" verilişində çıxışı zamanı bəzi ifaçıların ailə məclislərinə dəvət olunmasını düzgün saymayıb:
"Belə bədən quruluşunda və geyimdə olan ifaçıları necə ailə məclisinə çağırırsınız?! Körpə balanız, ailəniz qarşısında çıxış edirlər. Uşaq valideyndən tərbiyə alır, amma bu insanları həyatda da görür. Necə olur ki, öz xanımlarınız, bacılarınızla belə ifaçıları eyni mühitdə görmək sizə normal gəlir?! Onsuz da sosial şəbəkədə uşaqlarımız hər şeyi görür".
Günay İmamverdiyeva bəzi sənətçilərin davranışlarını "şou göstərmək" kimi dəyərləndirərək əlavə edib:
"Bayağı müğənniləri sənətçi adlandırmayın. İki-üç nəfər var ki, səhnədə şou göstərir, amma bu, musiqi deyil". (milli.az)
Bizim.Media





























































































