Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” - VİDEO

Hazırda oxunan: Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” - VİDEO

580478

Aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişindəki dava ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, Zaur verilişdə bu haqda söz açaraq bunları söyləyib:

“Məni tanıyan insanlar bilirlər ki, qışqırmaq, çığırmaq, səs tonumu qaldırmaq mənlik deyil. Mən səs-küy adamı deyiləm. Nadir hallarda səsim yüksələ bilər. Ən sevmədiyim şey qadının səs tonunu qaldırmasıdır.
 

Xoşum gəlmir, qadını daha zərif görürəm. Onun addımı, baxışı kifayət etməlidir ki, səs tonunu qaldırmasından da daha yaxşı nəticə versin.


Bəzən insanlar elə həddə çatır ki, öz sərhəddindən çıxır. İllərlə yığılan emosiyalar, əsəb, gərginlik üzə çıxır. Bunları başa düşürəm. Hər halda qadın qadınlığını, kişi də kişiliyini qoruyub saxlamalıdır”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin