Əməkdar artist Elza Seyidcahan dünya ulduzu Ledi Qaqa ilə bağlı açıqlamasıyla diqqət çəkib.
Bizim.Media xəbər verir ki, müğənni "Gün ortası" proqramında Qaqanın onu təkrarladığını bildirib:
"Ledi Qaqa mənə həsəd aparıb, Ledi Qaqa olub. Çünki 1986-cı ildə mən həmin obrazda geyinəndə başa düşmürdülər: müzakirələr, tənqidlər. Sonra başladılar təkrar etməyə.
Ledi Qaqa da 2006-cı ildən təkrarlamağa başladı. Çünki məndən sonra gəldi. Onun böyük komandası var. Onu sevirəm, izləyirəm və alqışlayıram.
Səhnələrdə performans göstərir. Bəzi görməmiş müğənni kimi yox. Ulduz ulduz olmalıdır.
Deməməlidir, görməmiş kimi bura gəlirəm fişəng atın. Ulduz doğulursan və obraz olursan". (axsam.az)
Bizim.Media




























































































