"Dedim ərini sevirəm, Bakıdan qayıdan kimi BOŞANDI"

Hazırda oxunan: "Dedim ərini sevirəm, Bakıdan qayıdan kimi BOŞANDI"

579842

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın 25 illik səhnə yubileyi unudulmaz anlarla yadda qalıb.

Sənətçinin illərdir onu sevən pərəstişkarları konsertdə iştirak edərək Röyanı özünəməxsus şəkildə təbrik ediblər.

Bizim.Media xəbər verir ki, səhnəyə yaxınlaşaraq sənətçiyə gül buketi təqdim edən fanata Röya zarafatla müraciət edib:

"Səni sevirəm, səni kim sevirsə, onu da sevirəm!". 

Müğənni daha sonra səhnədə maraqlı bir xatirəsini də bölüşüb:
 

"Bir dəfə bir türk aktrisasına "ərini sevirəm" dedim, üç ay sonra boşandı. Yazıq Demet Akalına da "Ağez, ərini sevirəm" dedim, Bakıdan gedən kimi o da boşandı. Ona görə, ərinizdən möhkəm yapışın!" - deyə Röya gülərək bildirib.


Sənətçinin bu zarafat dolu sözləri zalda gülüş və alqışlarla qarşılanıb. Tamaşaçılar Röyanın həm səmimiyyətinə, həm də yumoruna böyük rəğbət göstəriblər./Milli.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin