6 milyard dəyərində mirası olduğu üzə çıxdı - 2 övladını mirasdan məhrum edib

Hazırda oxunan: 6 milyard dəyərində mirası olduğu üzə çıxdı - 2 övladını mirasdan məhrum edib

579726

Mərhum türkiyəli müğənni Ferdi Tayfurun mirası ilə bağlı yeni detallar ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə KİV yayıb.

Məlumata görə, bu ilin yanvarında vəfat edən sənətçinin əvvəlcə 3 milyard lirə (121 milyon AZN) dəyərində olduğu bildirilən mirasının, əslində, 6 milyard lirə (242 milyon AZN) olduğu açıqlanıb.
 

F. Tayfurun vəkili Hakan Tamgüçün sözlərinə görə, mərhum sənətkarın 87 mənzil, müxtəlif torpaq sahələri, Marmarisdə şəxsi adası və 1000-dən çox mahnısından illik təxminən 45 milyon lirə (2 milyon AZN-ə yaxın) məbləğində müəlliflik haqqı gəliri olduğu bildirilib.


Qeyd edək ki, F. Tayfur İstanbul-Fatih və Marmarisdəki iki əmlakını Darüşşafaka Cəmiyyətinə, Boludakı dörd daşınmazını Türkiyə Silahlı Qüvvələrinə, Yalovadakı səkkiz villasını isə LÖSEV-ə (Leykozlu Uşaqlara Yardım Fondu) vəsiyyət edib.
 

Ən böyük pay isə onun üç övladı və yeddi bacıoğlunun arasında bölüşdürülüb. Qızı Tuğçe Tayfur və oğlu Timur Tayfur isə mirasdan məhrum edilib.


Ferdi Tayfurun 1974-cü ildə evləndiyi Zeliha Turanbayburt isə mirasdan pay alacağı qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin