"Böyük sənəti var, amma özünü idarə edə bilmir"

Hazırda oxunan: "Böyük sənəti var, amma özünü idarə edə bilmir"

579362

"Hansısa bir sənəti seçirsənsə, kökünü bilməlisən. Musiqiçi kimi doğulmalısan, təhsilin olmalıdır. Təhsilin olandan sonra bayağı musiqi zövqü olanlarla oturub-dura bilmirsən".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Gün ortası" proqramında deyib. Sənətçi "bayağı mahnılar"dan danışıb. 

O bildirib ki, təhsili olmayanlar bu cür mahnılara üz tutur:

"Bunların hamısı təhsil olmamaqdan irəli gəlir. Onlar nə o yanlıq, nə bu yanlıq musiqidir. Öz-özünə yaranmış bitkiyə oxşayır: nə iyi, nə kökü var. Bilinmir kim əkib və sulayıb. Ağıllı insanlar onun dadına baxmaq istəmir.
 

Hər gün güzgüyə baxanda özümə nə yaraşıbsa, onu etmişəm. Geyimim, davranışım, əxlaqım düz olmalıdır. Kim ulduzluq xəstəliyinə tutulursa, sonunda arıqlayır, dişləri tökülür. Məşhurluq insanı yorur. Bəzən istəyirsən qışqırasan, rahat olasan. Küçədə qaçasan, ayaqyalın gəzəsən, istədiyin geyimi geyinəsən. Tanınanda isə hər şeyə diqqət edirsən".


Zamiq insanların onunla bağlı yanlış fikirdə olduğunu bildirib:

"Mənə özündənrazı, özünü çox istəyən deyirlər. Bu da məni sevindirir. Belə görsənir, yaxşıdır. Bir insan özünü sevmirsə, heç kimi sevmir. O qədər pulu olmayan adam var ki, qəşəng oxuyur. Sadəcə özünü toparlaya bilmir ki, sənətini satsın. Elə insanlar var ki, böyük sənəti var özünü idarə edə bilmir. Eləsi də var ki, başqa şeylərə qurşanır. Allah tərəfindən ona verilən sənəti məhv edirlər. Ağılsız insanlardır. Pul hər şeydir, gələcəkdir". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin