Brilliant Dadaşovadan ŞOK İDDİA: “Əri Səidənin qabırğasını sındırıb” - VİDEO

Hazırda oxunan: Brilliant Dadaşovadan ŞOK İDDİA: “Əri Səidənin qabırğasını sındırıb” - VİDEO

579314

Xalq artisti Brilliant Dadaşova ilk dəfə ailəsindəki qalmaqala münasibət bildirib.

Bizim.Media xəbər verir ki, “Çərçivədən kənar” verilişində qonaq olan sənətçi bacısı Sədaqət Dadaşova ilə qızı Səidə Dadaşovanın qalmaqalından danışıb.

Estrada ulduzu iddia edib ki, Səidənin həyat yoldaşı onun anasını təhdid edib.

Dadaşovanın sözlərinə görə, əri Səidəyə də şiddət göstərib:

“Səidə çox yaxşı, düzgün qızdır. Ona demək istəyirəm ki, deyirsən, “anam məni saymır, uşağımı da görmək istəmir”.

Bilirsən ki, anan sənə zəng etdi, dedi, sənə gözəl bjuteriyalar almışam, yanındakı - “ərim” dediyin adam telefonu götürdü, dedi ki, “gəlsən ayağını qıraram”. Bunu anana deyib.

Anan bu sözdən sonra necə evinə gələ bilər?

Ailəmizə gətirdiyi ləkələr, danışdığı yalanlar mənə çox toxundu, susdum. Səidənin göz yaşları bilirsiniz nəyə görədir? İki ay bundan əvvəl qabırğasını sındırıb.
 

Səidənin qabırğasını sındıranda Rafaelin 50 illik dostuna zəng edib, deyib ki, “bunun əlindən məni xilas edən yoxdur, polisə zəng etdim, məni döydü, ona görə məcbur olub,  stuldan yıxılmışam” dedim. 


Buradan müraciət edirəm, Səidənin başından bir tük əskik olsa, o səs yazıları məndədir, bir də Səidəni öyrədib, efirdə Dadaşovların adını hallandırsanız, bu yalanları danışsanız, ərizə yazacağam”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin