"Altın kelebek" LƏĞV EDİLDİ

Hazırda oxunan: "Altın kelebek" LƏĞV EDİLDİ

578930

Bu il 7 dekabr tarixində keçirilməsi planlaşdırılan "Pantene Altın Kelebek" mükafat mərasimi gözlənilmədən ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən jurnalist Nurlan Zaliyev məlumat yayıb.
 

O, bildirib ki, illərdir Türkiyə televiziya və musiqi dünyasının ən nüfuzlu tədbirlərindən biri sayılan bu mərasimin bu dəfə baş tutmamasının səbəbi sponsor dəstəyinin geri çəkilməsi və yaranan maliyyə böhranı olub.


Yarım əsrdir sənət aləminin nəbzini tutan "Altın Kelebek"in ləğvi sənət dünyasında və tamaşaçılar arasında böyük təəccüb yaradıb.

Mərasimin gələn il keçirilib-keçirilməyəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, sözügedən mükafatlandırma mərasimində illərdir yerli sənətçilərimiz də iştirak edirdilər. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin