Mətanət efirdə AĞLADI: “Körpə səsinə həsrət olmuşam” - VİDEO

Hazırda oxunan: Mətanət efirdə AĞLADI: “Körpə səsinə həsrət olmuşam” - VİDEO

578735

Müğənni Mətanət Əsədova efirdə göz yaşı töküb.

Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan sənətçi övladının olmamasından danışıb.

Əsədova göz yaşlarını saxlaya bilməyərək bunları söyləyib: “Körpə səsi gələndə elə bilirəm dəli olacağam. Qulağımı tutub qaçıram, deyirəm, o səsi mənə eşitdirməyin.
 

Körpənin ağlamaq səsindən gözəl səs yoxdur. Amma eşidəndə mənə elə gəlir ki, ata-anamı o səs öldürüb. O dərəcədə qaçıram. Körpə səsinin həsrətində olduğum üçün qaçıram.


Mənim içimdə balaca Mətanət var. Çox balacadır, uşaqlığı da doyunca yaşamayıb.

Uşaqları sevirəm, amma körpə səsinə allergiyam var”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin