Müğənni Şəbnəm Tovuzlu efirdə onunla bağlı qalmaqallı fikirlər səsləndirən Mətanət Əsədovaya cavab verib.
Bizim.Media xəbər verir ki, o “Rəngarəng” verilişində aparıcı Zaur Nəbioğluna mesaj yazıb.
Şəbnəm Mətanətin sözlərinə görə təəccübləndiyini bildirib:
“Həqiqətən çox təəccübləndim. Mən nə etmişəm? Həmişə hörmətini saxlamışam. İkinci dəfədir belə deyir, açıqlasın görüm nə etmişəm. Cavab verəsi deyiləm, lazım olar gələr, üzünə deyib fikrimi bildirərəm. Nə ixtiyarla haqqımda bu cür danışır?!”.
Zaur isə məclislərin birində Mətanətlə yanaşı əyləşən Şəbnəmin başqası ilə danışarkən onunla bağlı bir söz dediyini, Əsədovanın da bundan incidiyini söyləyib.
Bu faktı təsdiqləyən Mətanət Şəbnəmə cavab verib:
“40 ildir səhnədəyəm. Reklama ehtiyac var? Gəlin, mən sizə reklam verim. O, çox gözəl bilir, bəlkə də yadından çıxıb. Bilmək istəsə, zəng edər, başa salaram. İsa Şükürovun ad günü idi. Tolik də ordaydı. Dedim, hər şey qurban olsun sizə. Mən şadlıq etməyə gəlmişəm, qan-qaraçılıq salmağa gəlməmişəm. Zabit Nəbizadənin doğum günündə ona bir balaca fikir bildiridm. O gedib fikirləşməliydi ki, niyə belə olub? Hörməti varsa, axıra qədər gətirməliydi”.
Qeyd edək ki, bu gün “Rəngarəng” verilişində Mətanət “Şəbnəmdən zəhləm gedir” açıqlamasını verib.
Sara, Bizim.Media




























































































